Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya Azərbaycanın təklifini dəstəklədi
Mariya Zaxarova

BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə mübarizəyə, onun fəsadlarını yumşaltmaqla bağlı tədbirlərə həsr olunmuş xüsusi sessiyanın keçirilməsinə dair Azərbaycan Respublikasının təşəbbüsü 130-dək üzv dövlət tərəfindən dəstəklənib.

“Report” xəbər verir ki, bu təşəbbüsü həftəlik brifinqdə şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Azərbaycanın bu addımını dəstəklədiklərini dilə gətirib:

“Bu sessiyanın qurucu ab-hava ilə keçərək dayanıqlı qərarların verilməsilə başa çatacağına şübhəmiz yoxdur. Bu səpgidə maraqlı müzakirələr gözləyirik. Nyu-Yorkda epidemioloji vəziyyətin gərgin olması nəzərə alınsa, həmin xüsusi sessiyanın məsafəli formatda keçirilməsi nəzərdə tutulur. Hazırda müvafiq prosedurların razılaşdırılması aparılır”.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »