Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi

“Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqalın saxlanılmasına etiraz əlaməti olaraq bütün Liberal Demokrat Partiyasının fraksiyası parlamentdəki səlahiyyətlərindən imtina edə bilər”.

“İnterfaks”ın məlumatına görə, bunu partiya sədri Vladimir Jirinovski deyib.

V.Jirinovski bunu parlamentin aşağı palatasının iclasında bildirib. Deputat qeyd edib ki, etirazlara digər partiyaların təmsilçiləri də qoşula bilər.

Partiya sədri RLDP-nin dövlət orqanlarında vəzifə sahibi olan digər nümayəndələrinin də istefaya gedə biləcəyini vurğulayıb.

Virtualaz.org xatırladır ki, Rusiyanın Uzaq Şərqindəki Xabarovsk vilayətinin qubernatoru Sergey Furqal biznesmenin qətlinin sifarişində ittiham olunaraq həbs edilib.

Onu da qeyd edək ki, millətçi Rusiya Liberal Demokratik Partiyasının üzvü olan Furgal 2018-ci il seçkisində hakim “Vahid Rusiya” partiyasından Vyaçeslav Şporta qalib gəlmişdi. (Modern.az)

Son xəbərlər
Bütün xəbərlər »