Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Daha 3 ölkə karantin rejimini uzatdı
Karantini pozan şəxslərlə bağlı göstəriş verildi

Məlum olduğu kimi, koronavirusa (COVID-19) yoluxma və ölüm faktları yenidən bir neçə ölkədə artmağa başlayıb. Bununla əlaqədar olaraq, bəzi ölkələr karantin rejimini uzatmaq haqda qərar qəbul ediblər.

“Qafqazinfo” xəbər verir ki, yoluxma statistikasında nəzərəçarpan artımlara görə, Bolqarıstan, Kolumbiya və İspaniyanın şimal şərqində yerləşən Kataloniyada da karantin rejimi uzadılıb.

Bolqarıstan hakimiyyəti fövqəladə vəziyyət rejimini iyul ayının sonuna qədər uzadıb. Səhiyyə naziri Kirill Ananyevin sözlərinə görə, yaxın günlərdə Bolqarıstana girişinə icazə veriləcək ölkələrin siyahısı təsdiqlənəcək. Həmin ölkələrdən gələn vətəndaşlar 14 günlük karantində qalacaqlar.

Kolumbiya isə karantin rejimini avqustun 1-dək uzatmaq qərarına gəlib. Bunu ölkə rəhbəri İvan Duke bəyan edib.

Kataloniyanın qərbində yerləşən, 210 min əhalisi olan Serqiya bölgəsində yoluxma hallarında kəskin artımların müşahidə olunduğu üçün karantin rejimi müddətsiz uzadılıb. Belə ki, bölgəyə yalnız iş səbəbinə görə giriş-çıxışa icazə verilir.

Bütün kütləvi tədbirlər ləğv edilib, 10 nəfərdən insan bir araya gələ bilməz. Yaşlı insanlara evdə qalmaları tövsiyə edilib, qocalar evləri isə müvəqqəti olaraq bağlanıb.

Paylaş »
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı
››› Toyuq ətində koronavirus aşkarlandı
››› TƏBİB gələn həftədən əhali arasında koronavirusla bağlı seroloji testlərə başlayır
››› Həkimlər sərt karantin rejiminin yumşaldılmasına çağırış etdilər
Son xəbərlər
Bütün xəbərlər »