Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçli professor : Koronavirus aerozol infeksiya deyil

ÜST nümayəndələriistisna etmir ki, koronavirus infeksiyası əsasən nəfəs yolları ilə yayılır.Lakin isveç əsilli professor Aqnes Uold koronavirusun yayılması ilə bağlı ÜST-ün açıqlamalarını təkzib edən bəyanat verib.

Bizimyol.info Aftonbladet qəzetinə istinadən xəbər verir ki, bir neçə gün öncə dünyanın müxtəlif ölkələrindən 200-dən çox araşdırmaçı ÜST-ə məktub göndərərək, koronavirusun yoluxma riskinin düzgün qiymətləndirilmədiyini bəyan edib. Onlar bildirilər ki, virus aerozol infeksiya şəklində də yayıla bilər. İsveçin dövlət epidimioloqu Anders Teqnel də bunu söyləmişdi. Lakin doktor Uold bəyan edib ki, bu mümkün deyil, əks halda pandemiya daha dəhşətli nəticələr verə bilərdi.

“Məlum məsələdir ki, virus hava ilə yayılır.Lakin bu damlacıqların hansı böyüklükdə olması və hansı məsafədən yayıla bilməsi önəmlidir. Aerozol infeksiyası o deməkdir ki, xəstənin udduğu hava başqaları üçün bir neçə saat ərzində təhlükəli olur və daha uzağa yayıla bilir”,- deyə doktor Uold bildirib.

İlhamə
Son xəbərlər
Bütün xəbərlər »