Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Cavid həkimin sağalması üçün nə mümkünsə edilir”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva da koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyətindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, deputat feysbuk səhifəsində bildirib ki, həkimin vəziyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir:

“Bir qədər öncə, cənab Prezidentin köməkçisi Anar Ələkbərovla danışdıq. Anar müəllim Cavid Paşayevi müalicə edən həkimlərlə tez-tez şəxsən əlaqə saxladığını bildirdi və Cavid bəyin sağalması istiqamətində bütün addımların atıldığını dedi. Hörmətli Anar müəllim fədakar həkimimizin müalicəsinin dəyərli Mehriban xanımın şəxsi nəzarətində olduğunu da bildirdi. Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk. İnşallah, dövlət rəhbərliyinin şəxsi diqqət və qayğısı ilə, öz həkim həmkarlarının fədakarlıqları sayəsində və əlbəttə, onun üçün narahatlıq keçirən hər kəsin duaları ilə, dəyərli Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir.

Bir daha bildirmək istərdim ki, Cavid həkimin yüksək səviyyədə - intensiv müalicəsi və tezliklə sağalması üçün nə mümkünsə edilir”.

Son xəbərlər
Bütün xəbərlər »