Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla təkbaşına çarpışan jurnalist: “Anamı görmədən ölməkdən qorxurdum”

Jurnalist Mahir Ələkbərov koronavirusa yoluxub. Qorxunc virusla evdə tək başına müalicə aparan Mahir Ələkbərov Bizimyol.info-ya bildirib ki, daha vəziyyəti yaxşıdır, sağalmağa doğru gedir.

“Mən də avtobusda virusa yoluxdum. Günlərdir evdə çəkdiyim əziyyəti bir Allah bilir, bir də mən. Metronu bağlayıb, insanları avtobuslarda sözün əsil mənasında virusun qollarına atırlar, sonra da çıxıb insanları məsuliyyətsiz, laqeyd adlandırırlar.Məqsədiniz nədir? Niyə insanları göz görə-görə qırırsınız?

Niyə insanları üsyana sürürkləyirsiniz? Axı, bizim günahımız nədir?”,- deyə jurnalist öncə etirazını bildirdi. Mahir daha sonra yoluxduğu günlərdə yaşadığı hisslərdən danışdı: “Koronavirus analizini binanın həyətində təcili yardım maşınında verdim. Həmin an qonşular pəncərədən mənə baxırdılar.

Analiz verib yuxarıya qalxdıqda bir iki qonşu qapının arasından baxıb, "binada yoluxan varsa, bizə də keçəcək, bunu niyə aparmadılar axı", dediklərini eşitdim. O an insan özünü qəribə hiss edir. Açığı bu sözləri eşitmək məni üzmüşdü. Sonra da qapının ağzına zibil qoyarkən çölə çıxmaq istəyən qonşular məni görüb həmən qapını örtüb içəri girirdilər. İlk iki gün mənəvi olaraq çox əziyyət çəkdim. Tək yaşadığım üçün düşünürdüm ölsəm kimsə xəbər tutmayacaq və mən kimsəsiz biri kimi öləcəm. Həm də anamı 3 həftədir görmürəm, onu görmədən ölməkdən də çox qorxurdum”.

Mahir Ələkbərov bildirib ki, evdə aldığı müddətdə xəstəliyi ilə baş etmək üçün sahə həkimi ona kömək edib: “Əvvəl daha çox zəng edirdi, halım yaxşılaşandan sonra dedim narahat olmasınlar, daha çox ehtiyacı olanlara zaman ayırsınlar. İndi gündə 1 dəfə xəbər alırlar”. Tək yaşadığı halda dərman və ərzağı necə alması barədə sualımızı cavablandıran jurnalist bildirdi ki, bu müddətdə bütün alış- verişi onlayn qaydada edib.

“Gətirib ərzağı qapının önünə qoyub gedirdilər. Dərmanları da həmçinin. İlk gün dərmanları özüm alsam da, sonra dövlət pulsuz dərman ayırdı. TƏBİB-in mətbuat katibi Rəvanə xanıma da özümü borclu hesab edirəm. Sağ olsun, maraqlandı”.

Koronavirusla bağlı hansı dərmanları içməsinə gəlincə, Mahir bildirdi ki, ona vitamin C, “Zinkorot”, “Selen”, vitamin D, “Maqnepot” “Sanbovin” kimi preparatlar təyin edilib.

Son xəbərlər
Bütün xəbərlər »