Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dövlət Xidməti 190 manat birdəfəlik ödəmə ilə bağlı açıqlama verib
Pul, maaş

Vətəndaşlar arasında bəzi insanlar qeydiyyatdan keçsə də, aprel-may aylarında verilən 190 manat birdəfəlik ödəmədən yararlana bilməyiblər.

Bəs, həmin vətəndaşlar iyun ayında birdəfəlik ödəmədən yararlana biləcəklərmi?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı redaktor.az-a bildirib ki, aprel-may aylarında hansısa səbəbdən birdəfəlik ödəmə ala bilməyən vətəndaşlar iyun ayında da bu yardımı ala bilməyəcəklər:

"Birdəfəlik ödəmə üçün qeydiyyat, müraciətlərin qəbulu başa çatdığı üçün, əgər vətəndaşın aprel-may aylarında hansısa səbəbdən birdəfəlik ödəmə hüququ yaranmayıbsa, həmin şəxslər iyun ayında ödəmə ala bilməyəcəklər. Çünki yenidən qeydiyyat yoxdur. Amma həmin vətəndaşlara biz digər aktiv məşğulluq xidmətlərini məsləhət görə bilərik. Digər aktiv məşğulluq tədbirləri üçün məşğulluq mərkəzlərinə müraciət edə bilərlər".

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› Bakıda sakinlər etiraz edir - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »