Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda prezident seçkiləri gələn il keçiriləcək

İranda gələn il prezident, şəhər və kənd şurası seçkiləri, parlament və Xobreqan Ekspertlər Məclisinə boş qalan yerlər üçün seçkilər keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Daxili İşlər nazirinin müavini Camal Ürf deyib.

“Seçkilərin keçirilməsi üçün hazırlıq işləri görülür. Lakin seçkilərin keçirilməsi ölkənin koronavirusla milli mübarizə qərargahının qərarından asılı olacaq”, - deyə o vurğulayıb.

Nazir müavini bildirib ki, hazırda ölkədə 118 partiyanın fəaliyyətinə icazə var: “Lakin sözün həqiqi mənasında 10-15 partiya fəaliyyət göstərir”.

O, ölkədə partiyaların fəaliyyətinin inkişaf etdirilməsinə çalışdıqlarını və seçkilərin vaxtının elan olunacağını da qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »