Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab

“Oqtay Şirəliyev özünü Azərbaycan həkimlərinə etibar etmir, Almaniyanın Erlangen şəhərində müalicə alır”. Bu iddianı mühacirətdə olan jurnalıist Həbib Müntəzir səsləndirib:

"Yadınızdadırsa, mart ayında koronavirus testləri ilə əlaqədar Səhiyyə nazirliyinə 38 milyon manat vəsait ayrılmışdı. Dövlət büdcəsindən isə 2020-ci il üçün 2 milyard manatdan çox vəsait ayrılıb. Bəs siz azərbaycanlılar bunu öz həyatınızda hiss edirsinizmi? Yox, əlbəttə ki, çünki sizin adı olub, özü olmayan Səhiyyə naziriniz Oqtay Şirəliyev o vəsaitləri villalarına xərcləyib”.

Bizimyol.info xəbər verir ki, bu açıqlamaları jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabından verib.

"500 kvadrat metrlik villa Şüvəlanda yerləşir. İçərisində kiçik hovuzu və buta ornamentli qazonu var, guya millidir. Səhiyyəni məhv edən Oqtay Şirəliyevin Qubanın Qələdüz kəndində milyonluq malikanəsi olduğu da deyilir. 15 illik nazir səhiyyəni o qədər çökdürüb ki, özü belə özünü Azərbaycan həkimlərinə etibar etmir, Almaniyanın Erlangen şəhərində müalicə alır...” – H.Müntəzir qeyd edib.

Oqtay Şirəliyevin həqiqətən xəstə olub olmamasını,Almaniyada müalicə alması xəbərini Səhiyyə Nazirliyindən dəqiqləşdirmək istədik. Nazirliyin mətbuat xidmətindən verilən məlumat isə qərbə olduğu qədər də maraqlı idi – “İlin günün bu vaxtında belə sual verərlər?”.

İlin günün bu vaxtında cənab nazirə veriləcək o qədər sualımız var ki,yazsan roman olar. Amma ona nə əl çatır, nə səs yetir.

Son xəbərlər
Bütün xəbərlər »