Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağlanan bankların əmanətçiləri: "COVİD-19 pandemiyası olan dövrdə bizim haqlarımız pozulur"

"Ata Bank" ASC, "Əmrah Bank" ASC, "NBC bank" ASC və "AG Bank" ASC-nin bir qrup əmanətçiləri ictimaiyyətə müraciət edib.

Bizimyol.info-ya daxil olan müraciətdə bildirilib ki, əmanətçilər qeyd olunan banklara müxtəlif vaxtlarda sığortalı əmanət yerləşdirib.

"Bu bankın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edildikdən sonra biz öz sığortalanmış əmanətlərimizi aidiyyəti üzrə Azərbaycan Əmanətlərin Sığortalaması Fondu (ADİF) tərəfindən geri qaytarılması ilə bağlı çətinlik çəkirik. İş orasındadır ki, ADİF bildirir ki, həmən banklara müxtəlif vaxtlarda Mərkəzi Bankı tərəfindən əmanətlərin qəbuluna qadağa qoyulub. Lakin nə ADİF-in, nə də əmanətçilərin bundan xəbərləri olmayıb",-deyə əmanətçilərin müraciətində bildirib.

Əmanətçilər bildirib ki, bankların əmanət götürməsi qadağası haqqında məlumat kütləvi informasiya vasitələrində işıqlandırılmayıb, bank tərəfindən müştərilər məlumatlandırılmayıb və vətəndaşlar əmanət yerləşdirməyə davam edib, bankla sığortalı əmanət müqavilələri imzalayıblar: "Sığorta hadisəsi baş verdikdən sonra bu fakt ortaya çıxmışdır və hal hazırda ADİF tərəfindən bu əmanətlər bloklaşdırılıb və qorunmayan əmanətlər kimi nəzərə alınır. Sadə vətəndaşlar, övladlarımızın gələcəyi üçün və ya mənzil problemini həll etmək üçün işləyib alınımızın təri ilə halal qazandığımız əmək haqqlarımızdan müəyyən məbləğlərdə vəsait toplayıb ölkəmizdəki iqtisadiyyatın stabilliyinə, Mərkəzi Banka, ADİF-ə inanaraq banka əmanət yerləşdirmişik. Bank bizim əmanətləri sığortalayıb ADİF-ə sığorta haqqı ödəmişdir. Lakin buna baxmayaraq biz iki dövlət qurumu (ADİF və Mərkəzi Bank) arasında anlaşılmamazlıq ucbatından əmanətlərimizi qeri ala bilmirik. Vətəndaşların bu yaranmış vəziyyətdə heç bir təqsiri yoxdur. ADİF-ə çox saylı müraciət etməyimizə baxmayaraq hələ də birmənalı cavab ala bilməmişik. Bu çətin COVİD-19 pandemiyası olan dövrdə bizim haqqlarımız pozulur və biz karantin rejimi olduğuna baxmayaraq evlərimizi tərk edib Mərkəzi Bank və ADİF arasında qalmışıq".

Son xəbərlər
Bütün xəbərlər »