Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ön cəbhədəki general” da koronavirusa yoluxdu

ATU "Tədris Cərrahiyə Klinikası"nın reanimasiya şöbəsinin müdiri də koronavirusa yoluxub.

Həmkarları 36 yaşlı Cavid Paşayevin vəziyyətinin kritik olduğunu bildirirlər.

Bizimyol.info-nun məlumatına görə, 4 gün əvvəl ağciyər kompyuter tomoqrafiya (KT) müayinəsində cüzi dəyişikliklər olsa da, bugünki KT filmlərində xeyli artma müşahidə edilib.

"Çox təəssüf ki, əlimizdən heç nə gəlmir. Ancaq mənəvi dəstək ola bilərik. Tezliklə sağalıb ön cəbhəyə dönməsini arzu edirəm. Çünki o, virusla mübarizədə gözümüzdə qəhrəman obrazı idı. Zənglə də olsa hamıya kömək etməyə çalışırdı. Düşünürdüm ki, biz də vurusa yoluxsaq, Cavid doktor və komandası bizi vəziyyətdən çıxaracaq. Ümid mənbəyimizdir. İnanıram ki, belə qəhrəmanlara indi dəyər verilməsə də, nə vaxtsa dəyər veriləcək!" - deyə Rasim Bayramov həmkarının tez bir zamanda sıralarına dönməyi üçün dualar etdiklərini bildirdi.

Tanınmış Həkim Vasif İsmayıl da Cavid Paşayevin koronavirusa yoluxduğunu təsdiqləyərək belə deyib:

Dostlar, 4 aydır canını xəstələri yolunda qoymuş Cavid dostumuzun vəziyyyəti ağırlaşıb. Bəzi insanlarla danışdım, vəziyyəti stabilləşdirilə bilib.

Amma lazım olarsa, onun sağlığına qovuşdurulması üçün hər şeyin ediləcəyinə söz verildi.

Biz də həkimik, amma Cavid ön cəbhədə idi.

Mən həkim olaraq əsgərəm, Cavid isə ön cəbhədəki general”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »