Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Remdesvir "qara bazarda" 5000 manata satılır - Koronavirusa qarşı istifadə edilir

Koronavirus hər yerdə olduğu kimi Azərbaycanda da işbazların işinə yarıyır. Ölüdən də, diridən də pul qazananlar indi də dərmanların qara bazar biznesindən faydalanır.

Bizimyol.info xəbər verir ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (Arbidol, Kalitra, Erqoferon və Tamiflu) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb.

Parasetamol, vitamin, steroid və digər dərmanların olmaması isə gülüncdür. Əslində müalicə üçün üçün Qida və Dərman administrasiyasının (FDA) rəy verdiyi dərmanlar Remdesvir və Favipravirdir. Remdesvirin dünyadakı 3 aylıq anbarını ABŞ alıb, Favipravir isə ölkəmizdə olduqca azdır. 30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman qara bazarda 5000 manata satılır.

Həkimlərdən aldığım məlumata görə, hazırda müalicəni effekti insanların immunitetləri ilə və həkimlərin ağırlaşmaları önləməsindən asılıdır. Süni tənədfüs aparatına qoşulanlar arasında ölüm halları 90 faizdən yüksəkdir. Verilən informasiyaya görə, sifariş edilən tibbi ləvazimat və aparatların çoxu ölkəyı gətirilməyib və bundan sonra gəlməsi də imkansızdır. Həkimlər təklif edirlər ki, artıq Tütkiyədə də istehsal başlanan Favipravir alınıb ölkəyə gətirilsəydi, ölüm dəfələrcə az olardı.

Digər məlumata görə, koronavirusla döyüşən tibb personalına 5 qat maaş məsələsi illuziyadır. Belə ki, səhiyyə işçiləri 14 gün çalışıb, ailə üzvlərini yoluxdurmamaq üçün sonrakı 14 gün də (bunu indi 7 günə endiriblər) oteldə karantində qalır. Bütün bu problemlərin müqabilində 14 gün otel karantinindəki yemək keyfiyyətindən danışmağı isə yersiz sayan həkim bildirir ki, dövlət müddətli əlavəni həkimlərə işlədiyi 14 günə görə verir, yəni maaşının 5 deyil, 2,5 qatı ödənilir.

Verilən məlumata görə, ilkin mərhələdə tibb personalı borcunu yerinə yetirmək üçün işləsələr də, səhiyyə işçilərini təkrar çalışdırmaq mümkün olmayacaq. Artıq onların çoxu ərizə yazıb işdən ayrılır. Yekun olaraq bildirilir ki, 1500-dən çox xəstəxana personalı virusa yoluxub, onlar bu xəstəliyi virus yükü çoxluğuna görə çox ağır keçirirlər.

Son xəbərlər
Bütün xəbərlər »