Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Keçmiş prezident sağalıb həbsxanaya qayıtdı
Almazbek Atambayev es_01

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev xəstəxanadan çıxarılaraq, yenidən Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına köçürülüb.

Bu barədə “Sputnik” xəbər yayıb.

“Almazbek Atambayevin səhhəti qənaətbəxşdir. Həkimlərin konsiliumu olub, burada onun DMTK-nın istintaq təcridxanasına təhvil verilməsi qərarına gəlinib. Həkimlər hələ də onu nəzarətdə saxlayırlar”, - deyə dövlət komitəsindən bildirilib.

Xatırladaq ki, iyunun 29-da A.Atambayev özünü pis hiss edib, ondan koronavirus testi götürülüb, lakin testinin nəticəsi neqativ olub. Bundan sonra həmin gün həkimlər onlayn-konsilium keçiriblər və sabiq prezidentə ikitərəfli sətəlcəm diaqnozu qoyulub. Bununla əlaqədar A.Atambayevin xəstəxanaya yerləşdirilməsi haqda müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, A.Atambayev ötən ilin avqust ayında həbs edilib. Sabiq prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

İyunun 23-də A.Atambayev Bişkekin 1 May Rayon Məhkəməsinin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.(oxu.az)

Paylaş »
››› Ramin Bayramlını belə parodiya etdilər - Video
››› Çiy ət parçası hərəkətə gəldi, aşpazı qorxuya saldı – Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
››› "TƏBİB heç nə bacarmır, evimizi yıxan da qohumbazlıqdır"
Son xəbərlər
Bütün xəbərlər »