Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edilib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar.

Operativ Qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb. İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də digər sosial izolyasiya qayddalarının təmin olunmasının zəruriliyi onlara bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »