Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiyadakı miqrantların yarısı bütün qazancını itirib
1

Dünyada pandemiyanın zərbə vurmadığı ölkə, bəlkə də, yoxdur. Bu dövlətlərin arasında Rusiya xüsusi fərqləndirilə bilər. Çünki pandemiya üzündən neftin qiymətinin kəskin aşağı düşməsi qonşu ölkə iqtisadiyyatını çox sarsıdıb.

Bizimyol.info xəbər verir ki, Rusiyadakı miqrantların yarısı bütün qazancını itirib. Rusiya kənd təsərrüfatı və dövlət xidməti akademiyasının sorğusu belə deməyə əsas verir. Fikri soruşulan miqrantların 51 faizi pandemiya dövründə bütün gəlir imkanlarını itirdiyini bildirib. Əcnəbilərin 40 faizi ümumiyyətlə daimi işindən məhrum olub. İşini qoruyanların əksərinin qazancı azalıb. Sorğuda iştirak edən əcnəbilərin yalnız 19 faizi gəlirini saxlaya bilib.

Akademiyanın sorğusunda rusların da fikri soruşulub. Rusiya vətəndaşları miqrantlar qədər zərər görməyib. Respondentlərin yalnız 23 faizi işini itirdiyini bildirib. Bütün qazanc imkanlarını isə fikri soruşulanların 27 faizi əldən çıxarıb.

Epidemiya dövründə əncəbilərin üzərinə düşən cinayət payı da azalıb. Təxminən 9.6 faiz azalmadan söhbət gedir. Miqrantların həyata keçirdiyi qətl hadisələrində azalma daha çoxdur (14.3 faiz).

Bütün bunların fonunda Rusiya prezidenti Vladimir Putinin mövqeyi maraq doğurur. Qonşu dövlətin başçısı miqrantları ölkəyə dəvət edir.

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› Bakıda sakinlər etiraz edir - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »