Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində karantinə görə polislə qarşıdurma yaşanır - Video

Serbiyanın paytaxtı Belqradda karantin rejiminin təkrar tətbiqinə görə etiraz aksiyaları keçirilir.

Polislə qarşıdurma yaşanır.

Bizimyol.info xəbər verir ki, Belqradda etirazçılar çox aqressiv davranır. Polis maşınları yandırılır, asayiş keşikçilərinə daşla hücum edilir. Manifestçilər hətta Serbiya parlamentinin zalına daxil olmağı bacarıblar.

Ümumilikdə 43 polis əməkdaşı, 17 etirazçı xəsarət alıb. Aksiya iştirakçılarından 23-ü həbs olunub.

Serbiya hökumətinin yeni qərarına görə, cümə günündən bazar ertəsinə qədər komendant saatı tətbiq olunacaq. Beş nəfərdən artıq insanın bir yerdə toplaşmasına icazə verilmir. Etirazçılar qərarı hökumətin bacarıqsızlıq aktı kimi qiymətləndirir.

Serbiyanın baş naziri Ana Brnabiç etirazçıların davranışını qınadığını bildirib.

Serbiyada karantin rejimi martda tətbiq olunmuşdu. Amma iyunda qadağalar ləğv edilmişdi.

Belqrad sakinlərinin sözlərinə görə, hökumət səmimi davranmır. Etirazçılar prezidentin karantin rejimini parlament seçkiləri üçün ləğv etdiyini bildirir.

Müxalifətin fikrincə, dövlət başçısı Aleksandr Vuçiç karantin rejimindən avtoritar idarəetmə üçün istifadə edir. Seçkidə də onun başçılıq etdiyi Serbiya İnkişaf Partiyası qalib gəlmişdi.

Son xəbərlər
Bütün xəbərlər »