Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada virusa yoluxanların sayı 12 milyonu ötdü

Dünyada koronavirusla bağlı vəziyyət o qədər pisləşib ki, təxminən beş günə 1 milyon nəfərdə infeksiya aşkarlanır. Ümumilikdə virusa yoluxanların sayı 12 milyonu ötüb.

Bizimyol.info xəbər verir ki, iyulun 7-də 208 mindən çox insanın virus testi müsbət nəticə verib. Bu gün də 200 min psixoloji həddinin aşılacağı gözlənilir. Bu dəqiqələrə qədər 100 minə yaxın insanın virusa yoluxduğu bildirilir. İndiyə qədər virusdan ölənlərin sayı 548 min nəfəri keçib. Sutka ərzində 4-6 min ölüm qeydə alınır.

Virusa ən çox ABŞ-da yoluxan olub (3 milyon 116 min). Sonrakı yerləri Braziliya (1 milyon 674 min), Hindistan (763 min), Rusiya (700 min), Peru (309 min) və Çili (303 min) tutur.

Azərbaycan sıralamada 55-ci pillədədir. Bizim ölkədə 21 min 916 nəfərin virus testi müsbət nəticə verib. İndiyə qədər infeksiya üzündən 274 azərbaycanlı həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »