Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanların qəribə xəstəlikləri - Əlamətləri və fəsadları nədən ibarətdir

COVİD-19 yeni tipli koronavirusunun bütün dünyada yayılması insanların tibbin görünən və görünməyən tərəflərinə marağını, sağlamlığna dair informasiyalara ehtiyacını artırıb. İnsanlar yaşamı boyunca bir çox xəstəliklərlə qarşılaşıri, onun yaranma səbəbləri, siptomlarını, hətta müalicə üsulları haqqında məlumatlar almış olur. Bəzən istəmədən, bəzən də xüsusi olaraq araşdıraraq bu məlumatlara və biliklərə yiyələnir. Ancaq dünyada bir çox xəstəliklər var ki, biz hətta onların xəstəlik olduğundan belə xəbərsizik.

Bəs bu xəstəliklər hansılardır? Əlamətləri və fəsadları nədən ibarətdir?

Otofaji-əslində, çox sıx rastlaşdığımız bir xəstəlikdir. Hər nə qədər xəstəliyin irəliləmiş tipləri olsa da, dırnaq yemək, barmaq və dodaqlardan qopan ölü dəriləri çeynəmək də otofaji xəstəliyinin əlamətləridir. Artan stress nəticəsində ortaya çıxan otofajinin bu tipləri insanların tibbi yardıma ehtiyac duyğmadığı, xəstəliyə çox da önəm vermədiyi anlamına gəlir.

Xəstəliyin ciddi dərəcələrə çatdığı halda isə insan özünü yeməyə əngəl ola bilmir və özünü şikəst edənə qədər prosesi davam etdirir.

Xəstəliyin əmələ gəlmə səbəbləri haqqında bir neçə fərziyyə var. Bir fərziyyəyə görə, xəstəliyə qida çatışmazlığının, psixoloji stressin ya da beynin iştahı idarə edən bölümlərində meydana gələn anomaliyaların səbəb olduğu düşünülüb. Psixoloqlar isə deyir ki, cinsəl problemləri olan və stresslə mübarizə aparan insanlarda bu xəstəliyə rast gəlmək olar. Ancaq bunlar, sadəcə, ehtimallardır; heç bir elmi sübuta əsaslanmır.

Fil xəstəliyi və ya elefantiaz – İnsan bədəninin hər hansı bir hissəsinin hədsiz böyüməsidir. Fil xəstəliyini filarioidea ailəsinə daxil olan qurdlar törədir - parazitar xəstəlikdir. Bu xəstəliyi törədən qurdlar maralların orgaznimində yaşayır, ancaq onu ağcaqanadlar yayır.

Arıqlama Foto: Pixabay.com

Əgər alimlər maralların organizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında xəstəliyin yayılmasına mane ola biləcəklər. Tropik zonalarda rast gəlinən fil xəstəliyini (limfatik filariyanı) moskitlər törədir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və bunlardan 40 milyonu ağır durumdadır.

Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bununla da bütün bədənə yayılır. Sürfələr, əsasən, limfatik toxumaları zədəliyir, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertrofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət organları, bu xəstəliyin ümumi simptomlarından sayılır.

Ağrıya qarşı laqeydlik-Anadangəlmə bu xəstəlikdən əziyyət çəkənlər fiziki ağrı hiss etmirlər. Bu xəstəlik, xüsusilə, uşaqlıqda çox təhlükəlidir. Belə uşaqlar bilmədən sümüklərini qıra və ya dodaqlarını, dillərini dişləyə bilərlər.

“Trimethylaminuria" olaraq da adlandırılan bu genetik xəstəlik xəstədə çürümüş balıq ve zibil iyinə bənzəyən bir bədən iyinin yaranmasına səbəb olur. Bu narahatlığın bilinən bir müalicəsi yoxdur. Lakin dieta saxlamaq, antibiotik ve B2 vitamininin qəbulu simptomları azaldır.

Hipertrikoz( Qurd Adam Sindromu)- Bədəndə anormal tüklənmə ilə xarakterizə olunan xəstəlikdir. İki növü var: bütün bədəndə tüklənmə və sadəcə, müəyyən bir bölgədə tüklənmə. Xəstəliyin bilinən müalicəsi yoxdur.

Materialı Ülkər Abdurahmanli hazırladı

Son xəbərlər
Bütün xəbərlər »