Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada COVID-19-a yoluxanların sayı 700 mini ötüb

Rusiyada son sutka ərzində daha 6 562 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 700 792 nəfərə çatıb.

Son sutka ərzində 173 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 667 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 472 511 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Son xəbərlər
Bütün xəbərlər »