Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professordan koronavirusla bağlı əsəbi açıqlama: "Axmaq olmayın!"

Koronavirus yüngül formadan ağır formaya çox sürətlə keçir. Əgər səhər- səhər pasiyent özünü yaxşı hiss edirsə, axşam reanimasiya çarpayısına düşdüyü hallar həddən artıq çoxdur.

Bu sözləri RİA Novosti-yə verdiyi müsahibədə Kremlin baş infeksionisti Georgi Sapronov deyib.

Georgi Sapronov Georgi Sapronov

”Rahatlaşmaq üçün əsas yoxdur, rəqəmılər və faktlar bizi ciddi olmağa çağırır. Artıq risk qrupu 35 yaş təşkil edir. COVİD-də hər şey fərdi xüsusiyyətlərdən asılıdır. Lakin yaş ciddi təsir edir.Piylənmə,əlavə xəstəliklər, həddən artıq arıq olmaq da xəstəliyin şiddətli keçməsinə səbəb olur.

Avroapa risk qrupu olaraq 30 yaşdan yuxarını, ölüm halları ilə nəticələnən yoluxma yaşını isə 50 olaraq qeyd edir. Hələ də ciddiyə almırsız? Axmaq olmayın.Özünüzü qorumaq üçün nə bacarırsınız edin. Küçədə kimsə maska taxmırsa, bu onun qədər sizə də təhlükəlidir. Bu xəstəlikl barədə dəqiq nəsə demək olmur.

“Xəstə sağaldı” dediyimiz anda vəziyyətinin pisləşib reanimasiyaya düşməsi halları çoxdur. Bu iblisanə virusdur, ağciyərlərinin kaşaya döndüyünü fərq edənə qədər gec olur”,-deyə professor qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »