Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İkiqat dünya çempionu sualtı ovda boğulub

Snoubord üzrə ikiqat dünya çempionu Aleks Pullin suda batıb.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı avstraliyalı idmançı sualtı ov zamanı boğulub.

Qold-Kost yaxınlığındakı süni mərcanlarda ov edən çempionu digər üzgüçü tapıb. Oksigen maskası olmadan suyun altına düşən Aleks təkbaşına ova çıxıbmış. Həkimlər 45 dəqiqə onu xilas etməyə çalışsa da, Pullin dünyasını dəyişib.

Qeyd edək ki, 2011 və 2013-cü illərdə dünya çempionu adını qazanan Aleks 2014-cü ilin Olimpiya Oyunlarında Avstraliya yığmasının bayraqdar olub.

Son xəbərlər
Bütün xəbərlər »