Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib.

Bizimyol.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiindən  verilən məlumata görə, 2020-ci ilin birinci yarımilində nazirlik tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib. Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Həmin dövrdə Nazirliyin xətti ilə Prezident təqaüdləri ilə təmin olunanların sayı 287,5 min nəfər olub. Yanvar-iyun aylarında ümumilikdə 742,9 min nəfərə sosial müavinət və təqaüd verilib.

Cari ilin 6 ayında müavinət və təqaüdlər formasında əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib.

Son xəbərlər
Bütün xəbərlər »