Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mona Liza”nın tənhalığı: muzeylər ciddi böhranla üz-üzə - Video

Leonardo Da Vinçinin ölməz əsəri “Mona Liza”nın da yer aldığı Luvr muzeyi 4 ay sonra qapılarını ziyarətçilərin üzünə açıb. Amma gələnlərin sayı təxminən beş dəfə azalıb.

Bizimyol.info xəbər verir ki, tur rəhbərləri Parisdəki muzeyin qarşısında aksiya keçirib. Onlar Fransa hökumətindən böyük dəstək gözlədiklərini ifadə ediblər. “Deutsche Welle”yə danışan Marqot Şmits deyib ki, onlara çox az maddi yardım olunub: “Mən və bir çox məsləkdaşlarımın qarşıdakı 7-8 ayda heç bir gəliri olmayacaq. Durumun dəyişəcəyinə dair hər hansı görüntü də yoxdur”.

Vilyam Osmondun fikrincə, Luvr muzeyinin açılması yalnız rəmzi anlam daşıyır: “Vəziyyətin ağırlığı olduğu kimi qalır. Biz burada insanlara tur rəhbərliyinin gerçək məslək olduğunu, keçici iş olmadığını göstərmək üçün dayanmışıq”.

Luvr muzeyinin bir çox otaqları bağlıdır. Amma özünü uzun müddətdir tənha hiss edən “Mona Liza”nı görmək fürsəti qalır. Təəssüf ki, onun ziyarətinə gələnlərin sayı çox deyil.

Son xəbərlər
Bütün xəbərlər »