Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının suya qənaət mövzusunda keçirdiyi hakatonun qalibləri məlum oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin İnkişaf Proqramı (BMTİP) və “Hackathon Azerbaijan” komandasının Azərbaycanda su mövzusunda keçirdiyi ilk virtual hakaton bu həftəsonu baş tutub.

Hakatonda, ümumilikdə 36 komanda iştirak edib. Azərbaycanın dörd bir yanından yarışmaya qatılan iştirakçılar, mövcud su problemlərini həll etmək üçün maraqlı layihələr təklif ediblər. Layihələr maşın öyrənməsi, daşqınları proqnozlaşdıran tətbiqlər və ağıllı suvarma sistemləri kimi innovativ həlləri əhatə edib.

Yerli və xarici mütəxəssislərin, innovatorların, eləcə də su üzrə mütəxəssislərin yer aldığı münsiflər heyəti komandaların hazırladıqları layihələri dəyərləndirib və qalibləri müəyyən edib.

Rəqabətli seçimlərin nəticəsi olaraq:

Birinci yer (5000 AZN): "Aducoman" komandası alternativ enerji mənbələrindən istifadə edərək dəniz suyundan təmiz su çıxarmaq üçün yeni bir prosedur təqdim edib.

İkinci yer (3000 AZN): "Aquahakermaks" komandası suyun nə vaxt və nə qədər istifadə olunduğunu göstərən IoT (əşyaların interneti) əsaslı cihaz hazırlayıb.

Üçüncü yer (2000 AZN): "Satetlite" komandası suyun israfını azaltmaq üçün ağıllı suvarma sistemi təqdim edib.

Bununla yanaşı, ideyaları ilə fərqlənən və münsiflər tərəfindən xüsusi olaraq qeyd edilən komandalar aşağıdakılar olub:

4-cü yer: "Conwat" komandası kondensasiya prosesi nəticəsində ixrac olunan suyun toplanılaraq həmin ərazinin ətrafında olan yaşıllığın suvarılması üçün hazırlanmış bir qurğu təqdim edib.

5-ci yer: "Lily" komandası suya həssas sensor vasitəsilə yağış sularının yaşayış binalarında və təsərrüfatda daha səmərəli istifadəsini təmin etmək üçün cihaz hazırlayıb.

Qaliblər gələcək həftələr ərzində ideyalarını həyata keçirmək üçün mentorlarla birgə çalışacaqlar.

Hakatona Kənd Təsərrüfatı Nazirlyi, Fövqəladə Hallar Nazirliyi, ASAN Xidmət, Aqrar Elm və İnnovasiyalar Mərkəzi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Cyber Security Academy, Sumaks, Techland, Caspian European Club, Innoland, eaziSTART, Next Step İnnovasiya Mərkəzi, İdrak, Qlobal Proqramçılar Klubu, GDG Baku, Yer, Ilk Addımlar, AzCloud, AzInTelecom və Məlumat Hesablama Mərkəzi kimi qurum və təşkilatlar dəstək olub.

Son xəbərlər
Bütün xəbərlər »