Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Nədən susursunuz, cənab generallar? Demirəm ki, erməniyə güllə atın, heç olmasa, söz atın!”
Müdafiə Nazirliyi

Azərbaycanda neçə general var?

Şəxsən mən bilmirəm. Yəqin ki, heç siz də bilmirsiniz.

Amma bildiyim odur ki, bizdə mövcud olan ierarxiyaya görə, ən yüksək hərbi pillə olan general-polkovnik rütbəsi indiyə qədər 20-ə yaxın şəxsə verilib.

Balaca bir ölkə üçün kifayət qədər böyük rəqəmdir. General-polkovnik, yəni generalların generalı, poqonunun daşıyıcıları ,əsasən,güc nazirlikləri və onlarla bir statusda tutulan mərkəzi hakimiyyət orqanlarının rəhbərləridir.

Onların hər birinin əlinin altında 5-10, ola bilsin, bir qədər də çox sıravi general (general-mayor, general-leytenant) olduğu şübhəsizdir. Çoxlu sayda yaxşı təminatla pensiyaya çıxan generallarımız da var.

Belədə, təxmin etmək olar ki, ölkəmizdə yüzlərlə general var. Olsun! Varlığa nə darlıq. Pulu-parası çox olan ölkəyik. İstəsək, generallarımızın sayını lap 1000-ə çatdırarıq…

Amma istədiyim odur ki, bu generallar heç olmasa bircə dəfə də olsa, özləri öz təşəbbüsləri ilə -jurnalistlərin sualı əsasında deyil-mətbuata çıxıb işğalçı ermənilərə bir təpki gəlsinlər, yeddi qatlarından keçən sözlər ünvanlasınlar.

Rusdilli, ingilisdilli erməni mətbuatına baxanda dəhşətə gəlirsən. Erməni generalları gecə-gündüz bizi hədələyir, qorxudurlar. Xüsusi fəallığı ilə seçilən Ermənistanın keçmiş müdafiə naziri Arutyunyan bu günlərdə yenə od püskürməyə başlayıb.

Əvvəllər Rusiyanın verdiyi raketlərlə Mingəçevir su anbarını istədikləri vaxt partlada biləcəklərini bəyan edən düşmən general, daha da irəli gedərək bu dəfə Bakının neft komplekslərini yerlə-yeksan edəcəyini bildirib.

Hər kəs bu avantürüst bəyanatların təxribat xarakterli olduğunu və erməni cəmiyyətindəki 2016-cı il aprel döyüşlərindən sonra yaranmış ruh düşkünlüyünün aradan qaldırılmasına hədəfləndiyini başa düşür.

Lakin unutmaq lazım deyil ki, düşmənə hücum etməmişdən öncə, onu söz müstəvisində əzmək, ruhunu sındırmaq döyüş meydanında qələbəni təmin edəcək faktorlardandır. Ümümiyyətlə, heç bir platformada erməniləri meydan sulamağa qoymaq olmaz.

Əminəm ki, poqonları, vəzifələri hesabına özlərinə komfort həyat təmin etmiş generallarımız hərdən düşmənə bir ağız hədə gəlsələr, bunun işimizə çox faydası dəyər.

Nədən susursunuz, cənab generallar?

Axı, buna icazə, razılıq tələb olunmur.

Demirəm ki, erməniyə güllə atın ( hərçənd ki, bunun vaxtı lap çoxdan çatıb), heç olmasa, söz atın!

Mayis Səfərli Mayis Səfərli, Eks-deputat
Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »