Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdəmirdə 15 yaşlı yeniyetmə Kür çayında batıb

Kürdəmir rayonu Mollakənd sakini Kürdə batıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumata görə çayda batan Mollakənd kənd sakini, 2005-ci il təvəllüdlü Salam İbrahimxəlil oğlu Baxşıyevdir. O, çayda çimərkən boğulub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Son xəbərlər
Bütün xəbərlər »