Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlal İsayev: "Bu virus konkret olaraq bir formada olmur"

Baş infeksionist Cəlal İsayev koronavirusla bağlı redaktor.az-a müsahibə verib. O, bir çox məqamlara aydınlıq gətirib.

- Cəlal müəllim, təcili tibbi yardım ancaq qızdırma olarsa analiz götürür. Bu, nə dərəcədə doğrudur?

- Xeyr doğru deyil. Əgər şəxs koronavirusa yoluxmuş bir xəstə ilə təmasda olubsa, qızdırma oludu-olmadı ondan mütləq şəkildə analiz götürülməlidir. Çünki virusa yoluxan xəstələrin təxminən 70 faizində xəstəlik əlamətsiz və yüngül keçir. Bu baxımdan da hər hansı bir kiçik də olsa şübhə varsa, analiz verilməlidir.

- Özümüzdə hiss etdiyimiz hansı narahatlıqlara görə həkimə müraciət edək?

- Ürək bulanma, baş gicəllənməsi, nəfəs darlığı, qızdırma, bədəndə ağrılar və s. Ümumiyyətlə, hər hansı bir əlamət hiss edərsək, yəni, səhhətimizdə dəyişiklik olarsa, mütləq sahə həkiminə müraciət etmək lazımdır. Bu virus elə bir bəladır ki, konkret olaraq bir formada olmur. Müxtəlif formalarla özünü göstərir. Bu baxımdan mütləq şəkildə diqqətli olmaq lazımdır.

- Virusa yoluxmuş xəstələr bildirir ki, onlar özlərini bəzən yaxşı, bəzən də çox pis hiss edirlər. Bu, nə ilə bağlıdır?

- Əvvəlki fikrimdə də qeyd elədim ki, virusun dəqiq əlamətləri yoxdur. Yəni, kimsə bu formada keçirdir, başqası da belə olacaq demək olmaz. Yaxud, xəstə bu gün özünü yaxşı hiss edirsə, bu, onun sağaldığı anlamına gəlmir. Tam sağalmaq üçün həkim göstərişlərinə əməl olunmalı, dərmanları isə vaxtı-vaxtında qəbul etmək çox vacibdir. Əks halda xəstənin vəziyyəti düzəlməyə dorğru gedərkən daha da ağırlaşa bilər.

Son xəbərlər
Bütün xəbərlər »