Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan aşkar formada Minsk qrupuna, prosesə cəlb edilmiş dövlətlərə meydan oxuyur” - Deputat

“Azərbaycanın təşəbbüsü ilə COVID-19-la mübarizə üzrə dünyanın səylərinin birləşdirilməsinə yeganə etiraz edən Erməni hakimiyyətidir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov Bəhruz Məhərrəmov

Deputat qeyd edib ki, 1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının birinci əlavə görüşündə Minsk konfransı çağırılarkən, daha sonra 1994-cü il dekabrında Budapeşt Zirvə toplantısında həmsədrlik institutu təsis edilərkən, 1997-ci ildən isə Minsk Prosesinə Həmsədrlər qismində rəhbərlik ABŞ, Rusiya və Fransa həvalə olunarkən qarşıya bir məqsəd qoyulmuşdu ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək olunsun: “Sonuncu prosesdən aşağı-yuxarı 23 il vaxt keçir. Bu illlər ərzində yalnız iki konstruktiv və beynəlxalq hüququn aliliyini tanıyan təklif verilib, hər ikisi də ermənistan tərəfindən rədd edilib.

Ermənistan müharibə istəyirmi? Əsla. Buna nə insan potensialı, nə maliyyə imkanı, nə də mövcud arsenalı müharibə etməyə imkan vermir. Xüsusən aprel zəfəri, habelə böyük erməni mifi olan “Ohanyan səddi”-nin dəqiqələr içində yerlə yeksan edilməsi İrəvanda erməni ordusunua inanan sonuncu “dığa”nın da ümidini puç etdi. Bir sözlə bu gün güc və imkanlarla yanaşı Ermənistanın müharibə etməyə milli ruhu da yoxdur.

Maraqlıdır ki, Ermənistan sülh də istəmir. Uşaqdan böyüyə qədər beyni zəhərlənmiş haylar regionda sonuncu azərbaycanlını qətlə yetirməyənə, “dənizdən-dənizə” utopiyasını reallaşdırmayana qədər terordan əl çəkməyəcəyi aşkardır, çünki bu dövlətin rəsmi ideologiyasıdır.

Beləliklə, nə müharibə, nə də sülh. Görünən odur ki, erməni üçün vacib olan vaxt udaraq mövcud status-kvonu mümkün qədər çox saxlamaqdır. Niyyət də aydındır. Necə ki, XX əsrdə zaman udmaqla Azərbaycanın tarixi əraziləri hesabına tarixdə ilk dəfə erməni dövləti qurdular, tarixi ərazilərimizi etnik təmizləməyə məruz qoydular, bu gün də ultra-bəşəri düşüncəli yeni nəsilin fomalaşması və onların ümumi ideallardan çıxış edərək müharibədən vaz keçib qan tökməmək naminə işğal edilmiş ərazilərdən vaz keçməsinə ümid edirlər”.

Bəhruz Məhərrəmov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və problemin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməli olan Mink qrupunun həmsədrləri susur, daha doğrusu fəaliyyət imitasiyası ilə məşğuldur: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair səsləndirdiyi haqlı ittihamlar və sərt tənqidin də kökü məhz bu amilə dayanır.

Bu gün Ermənistan aşkar formada Minsk qrupuna da, prosesə cəlb edilmiş dövlətlərə də, həmsədrlərə də meydan oxuyur. Qaçaqmalçı Paşinyan 28 illik müzakirə formatını yerlə bir edir, danışıqların mahiyyətini heçə endirir. Bütün bunların fonunda Azərbaycan Prezidenti haqlı olaraq ritorik sual qoyur, “Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!”

Etiraf edək ki, yaxın dövrlərə qədər Azərbaycanın bu mövzuda mövqeyi yalnız siyasi ritorika kimi qiymətləndirilirdi. Bu gün isə vəziyyət fərqlidir. Tarixi sənədlər də, beynəlxalq hüquq da bizimlədir. Əslində hər iki meyar münaqişə başlanandan bizimlə olub, sadəcə Azərbaycanın özü heç vaxt bu günkü qədər güclü olmamış, ermənistan isə bu günkü qədər rəzil duruma düşməmişdi.

Təsəvvür edin, Azərbaycanın təşəbbüsü ilə COVID -19-la mübarizə üzrə dünyanın səylərinin birləşdirilməsinə yeganə etiraz edən Erməni hakimiyyətidir. Cənab Prezidentin dediyi kimi “bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur.” Bu həqiqqətən rəzalətdir, baxmayaraq ki, cənubi Qafqazada koronaya yoluxma fazi nisbətinə görə Ermənistan Azərbaycanı azı iki dəfə qabaqlayır, bu mənada əslində birləşmiş qlobal səyə virusuln əlində əsirə çevrilmiş Ermənilərin daha çox ehtiyacı var, lakin faşist ideologiya yenə öz sözünü deyir. Əlbətdə bu fakt, həmçinin Paşinyanın siqaret qaçaqmalışılığı, xələflərinin isə korrupsiya və rüşvət qalmaqalı, ermənistanda son siyasi ab-hava, qlobal səylərin təşəbbüskarı olan Azərbaycanın fonunda rəsmi İrəvanın nüfuzunu heçə endirməkdədir. Bütün bunlar isə mühim məqamlardır və Azərbaycan diplomatiyası bundan yararlanmalıdır. Əslində istiqamətdə fəaliyyət artıq başlanıb, məlumdur ki, hələ mart ayında cənab Prezidentin VI çağırış Parlamentin ilk iclasında yeni xarici siyasət xəttinin anonsunu vermiş, bildirmişdi ki, “biz hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir.” Lakin, aşkardır ki, erməni xisləti və daşnak ideologiyası diplomatik yolla torpaqılarımızın qaytarılması variantını istisna edir. Belə olan halda hücum diplomatiyamız Azərbaycanın ədalətli müharibəyə doğru yolunun açılmasına xidmət etməlidir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »