Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya COVID-19-a yoluxma sayına görə ilk onluğu tərk edib, onun yerini İran tutub

İtaliya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayına görə ilk onluğu tərk edib, onun yerini isə İran tutub.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Koronavirusa yoluxma sayına görə ilk onluqda Avropa ölkələrindən ancaq Böyük Britaniya (7-ci yer) və İspaniya (9-cu yer) yer alıblar.

İlk sırada ABŞ qərarlaşıb. ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşmaqdadır, xəstəlikdən ölənlərin sayı isə 130 mindən çoxdur.

Üçüncü yerdə olan Hindsitanda indiyədək COVID-19-a 700 mindən çox yoluxma qeydə alınıb, 20 min nəfər vəfat edib.

Ümumilikdə isə dünyada virusa yoluxanların sayı 11,6 milyonu ötüb, 538 minə yaxın insan pandemiyanın qurbanı olub.

Son xəbərlər
Bütün xəbərlər »