Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada daşqınlar 50 nəfərin ölümünə səbəb oldu

Yaponiyanın cənubunda güclü leysan yağışlarının səbəb olduğu daşqınalr nəticəsində 50 nəfər həlak olub, 11 nəfər itkin düşüb.

Bizimyol.info Reuters agentliyinə istinadən xəbər verir ki, hadisə Kumamoto prefekturasında qeydə alınıb. Bundan əlavə məlumatda bildirilir ki, həyat əlamətləri görünməyən daha 4 nəfərin ölümünü həkimlər hələlik rəsmi şəkildə təsdiq etməyiblər.

İyulun 4-dən bu günə qədər ölkənin Kaqosima və Kumamoto prefekturalarında daşqınlar səbəbilə fövqəladə hal elan edilib, vətəndaşlar təxliyə olunurlar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »