Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nehrəm qəsəbəsində avtobus aşıb, bir nəfər ölüb

Naxçıvanın  Nehrəm qəsəbəsində yol qəzası baş verib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 6-da saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb.

Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »