Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavad Zərif: “İranın zərəri kompensasiya edilməlidir”

ABŞ-ın növbəti prezidentinin kim olmasından asılı olmayaraq, Vaşinqton sanksiyalarla İrana dəymiş zərəri kompensasiya etməlidir.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“2021-ci ildə Ağ Evdə Tramp və ya başqası oturacaq. Orada kimin oturmasından asılı olmayaraq, ona əvvəlki hakimiyyətdən, o cümlədən İran xalqına və iqtisadiyyatına vurulmuş ziyanın məsuliyyəti keçəcək.

Ağ Evdə kimin olmasına baxmayaraq, onlar (ABŞ hökuməti – red.) zərəri kompensasiya etməli, beynəlxalq razılaşmalara qayıtmalı olacaqlar”, - deyə C.Zərif bildirib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »