Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı alimlərin günəş enerjisindən istifadə sahəsində yeni ixtirası
Günəş enerjisi

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və innovasiyalar üzrə rəis müavini professor Ramiz Hümbətovun və Bakı Mühəndislər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazovun müəllifləri olduğu “Günəş panellərinin vəziyyəti ikimövqeli idarə olunan günəş enerjisini elektrik enerjisinə çevirən qurğu” ixtiraya Azərbaycan Respublikasının patenti verilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Dövlət Gömrük Komitəsinin Akademiyası

Məlumatda bildirilir ki, ixtiranı fərqləndirən cəhət ondan ibarətdir ki, qurğu yerləşdiyi coğrafi məkandan və ilin mövsümündən asılı olmayaraq işıqlı gün ərzində daim günəş panellərindən maksimal mümkün olan enerji əldə etməyə imkan verir. Belə effekt bilavasitə günəş panellərindən alınan enerjinin qiymətindən asılı olaraq panellərin vəziyyətini iki biri-birinə perpendikulyar üfüqi ox ətrafında dəyişdirməklə günəş şüalarının panellərin səthinə daim düz bucaq altında düşməsinin təmin olunması hesabına əldə edilir.

Paylaş »
››› Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı açıqlama
››› Övladlarının təhsili üçün ildə 300 min dollar xərcləyən deputatın adı açıqlandı - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
Son xəbərlər
Bütün xəbərlər »