Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Kür çayını Qara dənizə axıdacaq - Bizi nə gözləyir?

Türkiyənin ətraf mühit və meşə naziri Veysəl Əroğlu hələ 2010-cu ildə Kür çayı ilə bağlı mübahisə doğuran açıqlama vermişdi. Nazir bildirib ki, Kür çayı Türkiyəyə məxsusdur və onun suyunu istədikləri səmtə, yerə axıda bilərlər. Layihə hələdə qüvvədədir.

Bizimyol.info-nun məlumatına görə, Kür suyu Qara dənizə tökülən Çoruh çayına axıdılacaq. Bu əkin sahələrini suvarılması, SES tikintisi və sellərin qarşısının alınması məqsədilə ediləcək.. Qeyd edək ki, Kür çayı başlanğıcını Türkiyə ərazisindəki Qızılgədik dağından götürür, Gürcüstan və Azərbaycandan keçərək Xəzər dənizinə tökülür.

Veysəl Əroğlu Veysəl Əroğlu

Məlum məsələdir ki, bu il Kür çayında suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi müşahidə olundu və bu Azərbaycanın bir çox rayonlarında acınacaqlı vəziyyət yaratdı. Azərbaycan üçün şah damar rolunu oynayan, əsas su mənbəyinin suyu Qara dənizə axıdılarsa bu Azərbaycan və Xəzər üçün hansı ekoloji problemlər yarada bilər?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bizimyol.info-nun bu sualına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu vəziyyət Kürün ekoloji vəziyyətinə ciddi təsir etməyəcək: “Bu o demək deyil ki, su sərfi azalacaq. Türkiyə ərazisindən Kürün Gürcüstanadək olan hissəsinə orta hesabla saniyədə 30-35 kubmetr su daxil olur. Gürcüstandan Azərbaycana daxil olan axın orta hesabla saniyədə 270 – 300 kubmetr təşkil edir. Bu hesabla Türkiyədən Gürcüstana Kür çayı ilə gələn suyun həcmi Gürcüstandan Azərbaycan gələn suyun həcminin 10-12 faizini təşkil edir.

Ona görə də hesab edirik ki, Türkiyə əgər bunu etsə belə, Kür çayının ekoloji vəziyyətinə və Kür çayının su ehtiyatlarının azalmasına ciddi təsir göstərməyəcək”.

Bakı Dövlət Universitetinin müəllimi, ekoloq Azər Cabbarov isə əksini düşünür. O Bizimyol.info-ya bildirib ki, Türkiyə su anbarı tikirsə, bu mütləq Kürün su balansına təsir göstərəcək . “Su anbarı doldurulmaqdan ötrü vaxt tələb edir. O doldurulan zaman səviyyə aşağı düşəcək”,- deyən ekoloq Kürün suyunun azalmasını bir neçə səbəblə əlaqələndirib.

Məncə Kürün indiki quruması bir neçə səbəblə əlaqədardır:1) 2019-2020 çi il ərzində Kürün qidalandığı ərazidə yağıntıların miqdarı az olub;2) Türkiyənin Kür üzərində su anbarı; 3) Azərbaycan suvarma tələb edən əkinləri genişləndirilməsi (pambıq və s.)”.

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Kür çayının problemlərinin araşdırılması belə nəticə yaradıb ki, qlobal istiləşmə ilə əlaqədar buxarlanmanın artması, buzlaqların, eləcə də yağıntıların azalması Kürdə suyun səviyyəsini aşağı salan səbəblərdəndir. İnstitut istifadə olunmuş suyun təmizləndikdən sonra dənizə axıdılmasını israfçılıq hesab edərək onun təkrar emalını məqsədəuyğun hesab edib.

Qeyd edək ki, Azərbaycanın su ehtiyatının 70 faizi qonşu ölkələrdə formalaşıb respublika ərazisinə gələn suyun səviyyəsindən asılıdır. 2014-cü ildən başlayaraq son 6 il ərzində Azərbaycana daxil olan Kür suyunun həcmi 25 faiz azalıb. Neftçala, Salyan rayonlarında aparılan tədqiqatlar zamanı 60 kilometr ərazidə Xəzərin Kürə qarışdığı müşahidə edilib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »