Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Joze Mourinyo Premyer Liqada 200-cü qələbəsini qazanıb

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo Premyer Liqada 200-cü qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, “Everton”la qarşılaşmaya təsadüf edib.

1:0 hesablı qələbə portuqaliyalı mütəxəssisin İngiltərə çempionatındakı yubiley qalibiyyəti olub. O, Premyer Liqada buna nail olan 5-ci mütəxəssisdir. Mourinyo yalnız Aleks Ferqyuson (528), Arsen Venger (476), Harri Rednapp (236) və Devid Moyesdən (207) geri qalır.

Qeyd edək ki, portuqaliyalı 200 qələbəni üç komandanın baş məşqçisi kimi qazanıb. Mütəxəssis “Tottenhem”ə qədər “Çelsi” və “Mançester Yunayted”də çalışıb.

Son xəbərlər
Bütün xəbərlər »