Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusu atəşkəs rejimini 37 dəfə pozub
cebhe ermeni--000

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Paylaş »
››› Rus general: “Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusu daha güclüdür”
››› Aşağı Güzdək sakinləri Bakı-Şamaxı yolunu kəsib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Girov götürülərək işgəncə verilən Azərbaycan vətəndaşının ailəsindən pul tələb edirlər
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
Son xəbərlər
Bütün xəbərlər »