Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda azərbaycanlı kişi ov tüfəngi ilə güllələnib

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində ötən gecə silahlı insident baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 47 yaşlı kişi ov tüfəngi ilə güllələnib.

Üz nahiyəsindən xəsarət alan həmin şəxs xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun hazırkı durumu qənaətbəxş kimi qiymətləndiirlir.

İnsidentin mübahisə zəminində baş verdiyi bildirilir. Mübahisənin səbəbi hələ ki, məlum deyil.

Yerli mətbuatın yaydığı məlumata əsasən, 25 yaşlı gənc hadisəni törətməkdə şübhəli bilinir. O, hadisə yerindən qaçmağa cəhd edərkən avtomobil qəzasına düşərək xəsarət alıb. Gənc də xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »