Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun daha iki müxtəlif ştammı müəyyən olundu
Koronavirus

İtaliyalı virusoloqlar ölkənin şimalında yeni koronavirusun daha iki müxtəlif ştammını müəyyən ediblər.

Bu barədə 360 TV xəbər yayıb.

Bildirilir ki, epidemiyadan ən çox zərər görmüş şəhərlərdən biri olan Berqamoda tapılan ştamm genetik ardıcıllığı və bir sıra xüsusiyyətlərinə görə, Lodi və Kremonada tapılanlardan çox fərqlidir.

O da məlum olub ki, fevralın 21-də ölkənin ilk “qırmızı zona” elan olunan şəhəri Kodonyoda aparılan araşdırmalar zamanı virusun yanvarın ortalarında artıq yayılmış olduğu öyrənilib. Bu, bəzi sakinlərdə ilin əvvəlində müəyyən olunan anticisimlər sayəsində məlum olub.

Daha bir maraqlı fakt isə Kodonyoda anticisimlərin 23 faiz sakində tapılmasıdır. Berqamoda bu göstərici 57 faizdir. Ekspertlərin fikrincə, bu, Berqamonun Kordonyoda iki həftə gec karantinə alınması səbəbindən baş verib.

Qeyd edək ki, İtaliyada bu günə qədər 241 611 nəfər koronavirusa yoluxub. Onlarlan 34 861-i ölüb.(oxu.az)

Paylaş »
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı
››› Toyuq ətində koronavirus aşkarlandı
››› TƏBİB gələn həftədən əhali arasında koronavirusla bağlı seroloji testlərə başlayır
››› Həkimlər sərt karantin rejiminin yumşaldılmasına çağırış etdilər
Son xəbərlər
Bütün xəbərlər »