Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusun tüğyan etdiyi Cənubi Amerika ölkələri

Koronavirusla bağlı böhran vəziyyətindən danışarkən Cənubi Amerika ölkələrinin adı çox çəkilmir. Halbuki burada durum çox ağırdır.

Bizimyol.info xəbər verir ki, Cənubi Amerikada virusa yoluxanların sayı 2.5 milyon nəfəri keçib. Təkcə Braziliyada infeksiya aşkarlananların ümumi sayı 1.6 milyon nəfərdən çoxdur. Ölkə bu kriteriya üzrə dünyada ikinci yerdədir. Yalnız ABŞ-da daha çox pandemiya xəstəsi qeydə alınıb.

Son aylarda xüsusilə Peru və Çilidə vəziyyət ağırlaşdı. Təsəvvür edin, hər iki ölkədə virusa yoluxanların sayı 300 min nəfər civarındadır. Cənubi Amerikanın iki dövləti dünyada vəziyyətin ən ağır olduğu 7 ölkə sırasındadır.

Peruda durumun daha çətin olduğunu demək mümkündür. Çünki burada ölənlərin sayı 10 min nəfəri keçib.

Kolumbiya (117.1 min yoluxan), Argentina (77.8 min), Ekvador (61.9 min) və Boliviyada (39.3) da vəziyyət yaxşı deyil.

Son xəbərlər
Bütün xəbərlər »