Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində maska qıtlığına görə nazirləri həbs etmək istəyirlər - Video

Fransa qanunveriliciyi ölkədə maska qıtlığı ilə bağlı günahkarı üzə çıxaracaq. Baş prokurorun stolunun üstündə bununla bağlı 9 şikayət var.

Bizimyol.info xəbər verir ki, Fransada maska qıtlığı yaranıb. Kassasiya məhkəməsi üç naziri cinayət məsuliyyətinə cəlb edə bilər. Söhbət keçmiş baş nazir Eduar Filipp, əvvəlki və indiki səhiyyə nazirləri – Anyes Buzen və Olivye Verandan gedir. Onlar insanların həyatını təhlükə qarşısında qoymaqda ittiham olunur. Günahları sübut olunarsa, nazirləri 2 ilə qədər həbs cəzası və 30 min avro cərimə gözləyir.

Bundan başqa, epidemiya ilə bağlı istintaq üzrə parlament komissiyasının da işini dayandıracağı gözlənilir. Martdan bəri ümumilikdə 90 şikayət olub. Şikayətlərdən 9-u baş prokurora qədər gəlib. Daha 33 şikayət araşdırılır.

Respublika məhkəməsi istənilən adamı, o cümlədən, nazirləri də cinayət məsuliyyətinə cəlb etmək gücündədir.

Fransada indiyə qədər təxminən 167 min nəfərdə infeksiya aşkarlanıb. Virusdan ölənlərin sayı 30 minə yaxınlaşır.

Son xəbərlər
Bütün xəbərlər »