Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərin diqqətinə: Bu yolda hərəkət məhdudlaşdırılır
Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.

Rənglənmə işləri oktyabrın 19-da səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

Son xəbərlər
Bütün xəbərlər »