Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış iqtisadçı İqtisadiyyat Nazirliyini "icazə sistemi"nə görə məhkəməyə verəcək

Tanınmış iqtisadçı alim Rövşən Ağayev İqtisadiyyat Nazirliyini icazələrin ləğvi ilə bağlı məhkəməyə verəcəyini bildirib. O qeyd edib ki, sabaha qədər icazələri bərpa etməsələr, vəkil dostlarla danışıb bu addımı atmağı fikirləşir.

“Qadağan olunmayan fəaliyyət sahələrinin siyahısına düşməyən sahibkarlara elektron icazə verilməməsi, icazə verilmiş insanların icazəsinin az sonra ləğvi, bu məsələrlə bağlı sosial şəbəklərdə qaldırılmış suallara rəsmi şəxslərin adekvat olmayan və qeyri-müəyyən cavabları, çağrı telefonlarında bu tip şikayətləri ünvanlamaq üçün müvafiq düymənin olmaması da bunu təsdiq edir.

Rövşən Ağayev Rövşən Ağayev

Yaranmış vəziyyət əsəb və stressi artırır, insanların sağlamlığını qorumaq əvəzinə onların immunitetini azaltmaqla daha təhülkəli vəziyyətlə üzləşdirir”.

İqtisadçı ekspert Natiq Cəfərli də mənasız cərimələrin məhkəmələrə daşınmasının tərəfdarı olduğunu bildirib, hətta evində ad günü etdiyinə görə cərimələnən 5 nəfərin hüquqlarının REAL partiyası tərəfindən məhkəmədə qorunacaını bəyan edib.

Natiq Cəfərli Natiq Cəfərli

“Operativ Qərargahı, hökumətin atdığı addımları, mənasız və qanunsuz cərimələri məhkəmələrə daşımaq lazımdır. Harda yazılıb ki, öz evində, öz bağında, açıq havada cəmi 5 nəfərlə ad günü etmək olmaz?! 10 nəfərdən artıq qapalı məkanda bir yerə toplaşmaq olmaz, bunu anladıq, 5 nəfər öz mülkündə ad günü edir - burada cəriməlik nə var?! Bu xəbərdə adı keçən vətəndaşlara müraciət edirəm, lütfən bizimlə, REAL-ın ofisi ilə əlaqə saxlasınlar, təmənnasız hüquqi yardım edəcəyik. Mütləq cərimədən də, cərimə yazanlardan da məhkəməyə şikayət vermək lazımdı! Olmaz belə!

O gün birinə güclə başa salmışam ki, öz maşınımda tək gedirimsə maska taxmalı deyiləm! Dünyada roldan insana virus keçmə halı qeydə alınmayıb, hələ insandan da sürət qutusuna virus keçməyib”.

Həqiqətən avtomobildə tək gedən sürücünün, parkda tək gəzən şəxsin, günəş altında bir-birlərindən 50-100 metr məsafədə növbədə dayanmış əsgərlərin maskanı məcburi surətdə taxması anlaşılan deyil."

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »