Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli fəaliyyət göstərən oyun zalı aşkarlanıb

Nizami rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayonu “8-ci kilometr” qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib. Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Bəhruz Niriyev 39/41 ünvanında 9 mərtəbəli binanın zirzəmisində “play station” salonunun işlədiyi məlum olub.

Obyektə baxış zamanı 12 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Pbyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.

Son xəbərlər
Bütün xəbərlər »