Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Unicapital rəhbərliyində yeni təyinatlar olub
unicapital - logo

“Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin qərarı ilə Tələt Kalayev “Unicapital” İnvestisiya Şirkəti ASC-nin biznes və biznesin inkişafı üzrə baş menecerin müavini təyin olunub.

Tələt Kalayev bu vəzifəyə təyin olunanadək “Unicapital”da baş menecerin müşaviri vəzifəsində çalışıb. O, “Unicapital” İnvestisiya Şirkətinə 2020-ci ilin yanvar ayından qoşulub. Azərbaycan kapital bazarlarında 12 ildən çox iş təcrübəsinə malik olan Tələt Kalayev, müxtəlif illərdə “Standard Kapital”, Böyük Britaniyanın “Kazimir Partners” investisiya şirkəti (tədqiqatçı-analitik), Bakı Fond Birjası (Ticarət və Üzvlük departamentinin rəhbəri) və “PAŞA Kapital” İnvestisiya Şirkətində (direktor müavini) çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasında BBA və MBA proqramları üzrə bakalavr və magistr dərəcəsinə malikdir və təhsilini Almaniyanın Aşağı Saksoniya Menecment Akademiyasında davam etdirib. CFA level II namizəddir.

“Unicapital” İnvestisiya Şirkətinin baş menecerinin digər qərarı ilə Tural Salmanov “Unicapital” İnvestisiya Şirkəti ASC-nin Maliyyə və Biznesə dəstək üzrə baş menecerin müavini təyin olunub. Tural Salmanov bu vəzifəyə təyin olunanadək həm “Unibank Kommersiya Bankı” ASC-də aparıcı daxili auditor, həm də “Unicapital” İnvestisiya Şirkətində daxili auditor vəzifəsində çalışıb. Tural Salmanov “Unicapital” İnvestisiya Şirkətində fəaliyyətə 2016-ci ilin mayından başlayıb. 2011-ci ildən isə Unibank komandasındadır. Ümumilikdə bank və maliyyə sektorunda 9 ilə yaxın təcrübəyə malikdir. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcəsinə malikdir. ACCA beynəlxalq imtahanları üzrə maliyyə sahəsində inkişafını davam etdirir.

Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin ümumi kapitalı 1,5 milyon manata yaxındır.

Paylaş »
››› İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Koronavirus xəstəliyini keçirib-keçirmədiyinizi necə öyrənə bilərsiniz...
››› Bakıda daha bir müəllim koronavirusun qurbanı oldu - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »