Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirib

Lisenziyası ləğv olunan "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçiləri bu gün Mərkəzi Bank önündə yığışaraq aksiya keçirib.

Bizimyol.info xəbər verir ki, onlar bankın qarşısında aksiya keçirməkdə məqsədləri vəsaitlərinin geri qaytarılmamasıdır.

Etirazçılar bankların vaxtilə qanunsuz qəbul etdiyi əmanətlərin bloklanmasında şikayətçi olduqlarını deyiblər.

Vətəndaşlar hətta vəsaitlərinin sığortalı olmasına rəğmən, geri qaytarılmadığını deyilər.

Hadisə yerinə gələn polis əməkdaşları əmanətçiləri karantin rejiminin qaydasını pozmamağa çağırıb.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 100,4 milyon manat kompensasiya ödəyib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »