Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ukraynada koronavirusa yoluxanların sayı 49 mini ötdü
Koronavirus

Ukraynada son gündə aşkar edilən koronavirusa yoluxma hallarının sayı 543 vahid artaraq 49 043-ə çatıb, 13 nəfər virusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat verib.

Ötən gün ərzində 327 nəfər olmaqla ümumilikdə 21 703 nəfər sağalıb.

“Ümumilikdə pandemiya zamanı 3 550 uşaq və 7 030 tibb işçisi xəstələnib. Son sutka ərzində göstərici 41 uşaq və 40 tibb işçisi olub”, - Ukraynanın Səhiyyə naziri bazar ertəsi keçirilən brifinqdə bildirib.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »