Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus tutmuş alimi xəstəxanaya götürmürlər – “Deyirlər tapşırıqladr”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovun koronavirusa yoluxması barədə xəbər vermişdik.

Maddi imkanları aşağı olan alim və həyat yoldaşı bir neçə gündür evlərində taleyin ümidinə buraxılıblar. Xəstəxanaya alınmadığını qeyd edən professor social şəbəkədə dərdini belə anladıb:

“İlahi, 10 nəfər 4 gündür məni klinikaya yerləşdirməyə çalışır. Alınmır. Mənə zülm edilir. Mənə Allah yetər. Qaytarın evə müalicəmi davam edim . 1 saata yaxın təcili yardımda saxlayıblar. Xəbər gəlir, yer yoxdur. Deyirlər ancaq tapşırıqladır. Ölüm bundan şərəflidir. Mən vallah istəmirəm artıq. Tövbə edirəm. Bu münasibətdən sonra mənə heç bir dərmanınız kömək etməyəcək. Demək, gözləyirlər məni tapşıracaqlar. Tapşırılmayan öləcək. Mən Allahıma sığınıram və qismətim! Başım gicəllənir. Gəlməyə də bilərdim, çünki 4 gündür başıma bu oyunu gətirirlər. Amma əllərində bəhanə edirlər ki, imtina edirəm. İndi son mənzərəni görüb qəti imtina edirəm. Psixoloji sui-qəsd edirlər 4 gündür”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »