Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada nacins olmaq qanuniləşir

Hollandiyanın Təhsil, mədəniyyət və elm naziri İnqrid van Enqelsxoven parlamentə məktub göndərərək şəxsiyyət vəsiqələrində insanların cinsiyyət qrafasının boş qoyulmasını təklif edib.

Onun sözlərinə görə, artıq 2024-cü ildən etibarən arzu edənlər hansı cinsə mənsub olmaları barədə məlumat verməyə, daha doğrusu cinssiz olmalarını rəsmən qeyd etdirə bilərlər.

Bizimyol.info-nun məlumatına görə, Van Engelsxoven iddia edir ki, sənədlərdə cinsiyyətin göstərilməsindən imtina heç bir nəticəyə səbəb olmayacaq. Nazir xanım bunun bütün Avropada qanuni hal almasının zəruriliyini qeyd edib.

Qeyd edək ki, analoji təcrübə Malta və Yeni Zelandiyada mövcuddur, vətəndaşlara pasportlarda cinsiyyətini göstərməməyə icazə verilib.

Bu günə qədər Hollandiyada sənədlərində cinsiyyətlə bağlı “cinsiyyət müəyyən edilə bilməz” yazılan şəxslər bunu məhkəmə yolu ilə sübut edirdilər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »