Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Krımı qaytarmaq üçün müharibəyə hazırlaşır

Ukraynanın Hərbi Dəniz Qüvvələri Rusiya ilə genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.

Bizimyol.info RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukraynanın hərbi flotunun komandanı, kontr- admiral Aleksey Neijpapa bəyan edib.

O qeyd edib ki, Ukrayna Krımı qaytarmaq üçün Rusiya ilə müharibəyə hazırlaşır. “Çoxlu itkilər olacaq, həm hərbçilər, həm də mülki şəxslər arasından”,- deyə admiral qeyd edib.

Onun sözlərinə görə, rəsmi Kiyev Xersonski vilayətdə Rusiya ordusunun hücumunu gözləyir. “Onlar Dneprin suyunun Krıma buraxılması üçün hücuma keçməklə müharibə siqnalı vermiş olacaqlar. Bizim bölmələrimiz bu əməliyyatlara hazırlıq aparır. Bütün planları aça bilmərəm. Lakin kiçik bir faktı qeyd edə bilərəm “Neptun” raket kompleksinin uzaqvurma qabiliyyəti çox uzaqdır. Ukraynanın tam mərkəzindən belə Sevastopola atəş açmaq imkanı var”,- deyən Neijpapa bəyan edib ki, Ukrayna HDQ 2021-ci ildə Qara və Azov dənizlərində “Neptun” qanadlı raketlərinə malik 3 divizion yerləşdirəcək.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »