Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində bubon taununa görə üçüncü təhlükə səviyyəsi elan edildi

Çində bubon taununa görə üçüncü təhlükə səviyyəsi elan edilib.

Bizimyol.info Lenta.ru-ya istinadən xəbər verir ki, əsas təhlükə Daxili Monqolustan muxtar rayonun Bayan- Nur şəhərində qeydə alınıb.

İyulun əvvəlində Rusiya ilə Qərbi Monqolustan sərhədində bubon taunu xəstəliyi qeydə alınıb.. Xəstəxanaya gətirilən kişi və qadının vəziyyəti kritik olaraq qeydə alınıb. Onların 60 nəfərlə birbaşa, 400 nəfərlə bilavasitə kontaktda olduğu bildirilir. Bubon taununun monqolların çiy halda qunduz əti yeməsindən törədiyi ehtimal olunur.

ÜST-ün məlumatına görə bubon çuması vaxtında müalicəyə başlanmazsa 24 saat ərzində ölümə səbəb ola bilir.

Bubon taunu taunun insanlarda ən çox təsadüf edilən forması.

Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.

Qara siçovul bubon taununun təbii daşıyıcısı sayılır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »